5 iyul 2018-ci il tarixində Disaporla İş üzrə Dövlət Komitəsinin yaranmasının on altıncı ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirdə Azərbaycanın diaspor tarixində, ilk dəfə olaraq təsis edilən diasporamap.com saytı ölkəmizdən kənarda fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əlaqələr yaratmaq, onlayn yazışmalar aparmaq və gələcəkdə video konfranslar keçirmək üçün ən vacib və əhəmiyyətli resursdur. Diaspor xəritəsi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Diasporlarının infoqrafik xəritəsidir. Saytın yaradılmasında məqsəd xaricdəki diasporlarla qarşılıqlı mədəni əlaqələrin birbaşa qurulması, ölkəmiz əleyhinə neqativ informasiyaların qarşısının alınması, o cümlədən yerləşmə coğrafiyasından asılı olmayaraq hər hansı bir diaspor rəhbəri ilə birbaşa onlayn əlaqə yaratmaq imkanlarını özündə cəmləşdirir.
Xəritətə qeyd olunan qırmızı dairələrin üzərinə klik etdikdə həmin ölkə haqqında ümumi məlumat və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatının sayı və koordinatları açılır. Saytda 50 ölkədən 558 diaspor təşkilatının informasiya bazası yerləşdirilib. Gələcəkdə bu say artırıldıqca diaspor təşkilatının müraciəti əsasında yeni əlavələr yerləşdirmək mümkün olacaq. İstifadəsi çox sadə və rahatdır. Azərbaycandan və ya istənilən ölkədən sayta daxil olan hər bir şəxs diaspor təşkilatının rəhbərinin əlaqə vasitələrini və yaxud elektron ünvanını əldə eldə etmək imkanına malik olur.
Saytdakı infoqrafik xəritədə istənilən ölkədə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı məlumata birbaşa təşkilatın nümayəndəsi tərəfindən dəyişikliklər və ya təkliflər edilə bilər. Bunun üçün sadəcə olaraq vətəndaşlar səhifənin aşağı sağ hissəsində lazımi məlumatları dolduraraq öz ismarıclarını göndərə bilərlər.
Diasporamap.com saytı üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.